Dr. Hidayət Məmmədzadə

Xidmətlər

Endokrinologiya üzrə müayinə və müalicə aşağıdakı istiqamətlər üzrə aparılır. Hər istiqamətin ətraflı səhifəsi var; bir sıra mövzular üçün ayrıca məlumat portalı da fəaliyyət göstərir.

Əsas istiqamətlər

Müalicə edilən xəstəliklər

Şəkər xəstəliyinin müalicəsi

Hər yaşda görülə bilən, ağırlaşmalara səbəb olmaqla erkən ölümlərin və əlilliyin başlıca səbəbi olan xroniki xəstəlikdir.

Ətraflı diabetonline.az

Böyrəküstü vəzi xəstəlikləri

Hər iki böyrəyin üstündə yerləşən cüt orqanlar — funksional olaraq bir-birindən fərqli iki hissədən ibarətdir.

Ətraflı boyrekustuvezi.az

Hipofiz vəzi xəstəliklərinin müalicəsi

Endokrin sistemin əsas orqanı — böyümə, çoxalma, metabolizm və stress cavabını idarə edən mərkəzi aparatdır.

Ətraflı hipofiz.az

Vitamin D çatışmazlığı ilə bağlı xəstəliklər

Vitamin D səviyyəsinin ölçülməsi, çatışmazlığın sümük və immunitetə təsiri, doza seçimi və təkrar müayinə.

vitamind.az

Metabolik sümük xəstəlikləri və osteoporoz

Sümüklər endokrin orqan olmaqla həm mexaniki, həm də əhəmiyyətli metabolik funksiyalara sahibdir.

Ətraflı osteoporoz.az

Piylənmə xəstəlikləri və metabolik sindrom

Artıq çəkinin hormonal səbəbləri, metabolik sindromun diaqnostikası, qidalanma və dərman müalicəsinin planlanması.

Ətraflı piylenme.az

Tireoid vəzi xəstəliklərinin müalicəsi

Boynun ön hissəsində yerləşən, iki paylı, kəpənək formalı, 20-25 qram çəkidə daxili sekresiya vəzisidir.

Ətraflı tiroid.org

Ginekomastiyanın müalicəsi

Kişilərdə süd vəzinin böyüməsinin hormonal səbəblərinin araşdırılması və müalicə variantlarının müəyyən edilməsi.

ginekomastiya.az

Cinsi endokrin xəstəliklərin müalicəsi

Bir sıra hormonal problemin mərkəzində durur; müxtəlif yaş qruplarında çeşidli xəstəliklərlə qarşıya çıxır.

Ətraflı cinsiyyet.az

Prolaktin hormonuna bağlı xəstəliklərin müalicəsi

Prolaktin yüksəkliyinin səbəbləri, hipofizlə əlaqəsi, menstrual sikl və reproduktiv pozğunluqlarda müalicə.

prolaktin.az

Xolesterinə qarşı mübarizə üsulları

Endokrinologiya ilə kardiologiyanın ortaq problemi — ürək-damar xəstəliklərinin yaranmasında əsas amildir.

Ətraflı xolesterin.az

Hamiləlik və endokrin xəstəlikləri

Ana və döl arasındakı endokrin-metabolik dəyişikliklər hamiləliyin davamı, dölün inkişafı və doğum proseslərinə zəmin yaradır.

Ətraflı

Pediatrik endokrinologiya

18 yaşa qədər körpə, uşaq və yeniyetmələrin endokrinoloji problemləri uşaq endokrinologiyasının tədqiqat obyektidir.

Ətraflı

Necə işləyir

Müayinədən
müalicəyə

Müayinə və analizlər

Şikayətlər dinlənilir, hormonal analizlər və lazım olduqda ultrasəs müayinəsi təyin edilir.

Diaqnozun dəqiqləşdirilməsi

Nəticələr qiymətləndirilir; tələb olunanda əlavə müayinə — biopsiya, densitometriya, görüntüləmə — aparılır.

Fərdi müalicə planı

Müalicə xəstənin yaşı, digər xəstəlikləri və həyat tərzi nəzərə alınmaqla seçilir və nəzarətdə saxlanılır.