Hormonal balans niyə pozulur?
Cinsi hormonların ifrazı hipotalamus-hipofiz-qonad oxu ilə tənzimlənir; bu zəncirdəki pozuntu testosteron, estrogen və progesteron səviyyəsini dəyişir. Səbəb doğuşdan ola bilər (Klinefelter sindromu, hipofiz və hipotalamus qüsurları), sonradan qazanılmış da.
Yaş amili, xroniki xəstəliklər (şəkərli diabet, piylənmə), stres, yuxu pozuntuları, siqaret, alkoqol və uzunmüddətli kortikosteroid terapiyası hormon istehsalını azalda bilər.

