Hansı cinsi problemlər endokrinoloji ola bilər?

Bir çox cinsi problemlər endokrinloji qaynaqlı ola bilər. Bunların ən birincisi şəkərli diabetlə bağlı cinsi seksual sferada baş verən problemlərdir. Şəkərli diabeti olan kişilər 30% halda erektil disfunksiyadan əziyyət çəkir, amma şəkərli diabet olmağından xəbəri yoxdur. Bu baxımdan kontrollu olmayan şəkərli diabet, nəzarətdən çıxmış diabet bir çox cinsi problemlərin, qadınlarda ağrılı cinsi təmas, kişilərdə erektil disfunksiyanın əsas səbəblərindən biridir. Bundan başqa qalxanvari vəz xəstəlikləri, hipofiz vəzi xəstəlikləri, hipoqonadizm dediyiniz cinsiyyət vəzilərinin hormonal yetərsizliyi cinsi problemlərə yol aça bilər. Genetik sindromlar da bu işin içərisində mütləq araşdırılmalıdır. Cinsiyyət problemi yaşayan insanların mütləq şəkildə endokrinoloqun  qəbulunda olmağı və hormonal səbəbləri araşdırmaq üçün endokrinoloji dəyərləndirilməsi vacibdir.

Digər məqalələr

© 2024 · Cinsiyyet.az · Layihə Dr.Hidayət Məmmədzadə üçün BERC Creative komandası tərəfindən yaradılıb.