Kişi sonsuzluğunun endokrinoloji səbəbləri hansılardır?

Qadınlarla yanaşı kişilərdə də, müxtəlif endokrin səbəblərdən sonsuzluq ola bilər, çünki qadınlarla yanaşı onlar da sonsuzluq məsələsində eyni dərəcədə məsuldurlar. Endokrinoloji səbəblərdən ən çox rast gəlinən tireoid vəzi xəstəlikləri, kişi cinsiyyət sisteminin müxtəlif endokrin problemləri, xayalarla əlaqədar hipoqonadizm dediyimiz problemlər, müxtəlif genetik sindromlar, Kalmann, Klinefelter tipli genetik xəstəliklər, prolaktinomalar, hipofiz vəzinə aid olan xəstəliklər, Kuşinq sindromu, kontrolsuz şəkərli diabet və çeşidli bu kimi səbəblər endokrin qaynaqlı sonsuzluğa aparıb çıxara bilər. Bu baxımdan evlilik müddətində bərabər yaşayan cütlüklərdə hər hansı bir azospermiya yaxud da müxtəlif sperm problemləri olan insanlarda endokrin qaynaqlı səbəbləri araşdırmaqdan ötəri mütləq bu cür xəstələrin həkim-endokrinoloqun qəbulunda olmaları vacibdir. 

Digər məqalələr

© 2024 · Cinsiyyet.az · Layihə Dr.Hidayət Məmmədzadə üçün BERC Creative komandası tərəfindən yaradılıb.