Piylənmə xəstəlikləri və metabolik sindrom

Piylənmə xəstəliyi müasir cəmiyyətin və bütün dünyanın epidemiyası halına gəlmiş böyük tibbi-sosial və ictimai problemlərdən biridir.

İnsanoğlunun tarix boyunca aclıq, qıtlıq və yoxluqla mücadilə etdiyini nəzərə alsaq, belə bir fikrin olması təbii görünür. Aclıq və yoxluq bu gün də bəzi ölkələrdə var olsa da, indi artıq bəslənmə, qida defisiti, infeksiyon xəstəliklərə bağlı tibbi problemlərin yerini, modern cəmiyətlərdə artıq kilo və piylənmənin gətirdiyi fəsadlar tutmuşdur. Günümüzdə önlənəbilən ölümlərin siqaretdən sonra gələn ikinci önəmli səbəbi piylənmədir. Diqqət çəkən bir məqam da son illərdə piylənmə xəstəliyinin uşaq və yeniyetmələr arasında artmasıdır. Bu problemin aktuallığını ortaya qoyaraq, vurğulamaq istədiyim məqam piylənmənin müalicəsindən daha çox profilaktikasının önəmini ortaya qoymaqdır. Bu problem metabolik-endokrinoloji xəstəlik olsa da terapevt, kardioloq, nevroloq, psixiatr, qastroenteroloq, oftalmoloq, fizioterapevt və reabilitasya, ortoped və bir çox ixtisas həkimlərini maraqlandırmaqdadır. Sadə dildə desək, piylənmə orqanizmdə artıq yağ toplanmasıdır. Orta bədən kütləsinə sahib kişilərdə piy toxuması 15-20%, qadınlarda isə 25-30% arasındadır. Bədən yağ kütləsini hesablamaq xüsusi alətlərlə olduğu üçün piylənmə, artıq yağdan daha çox artıq çəki olarak qəbul edilir. Bu xəstəlik bir çox, xüsusən inkişaf etmiş ölkələrdə yayılıb və yaşlı əhalinin demək olar ki, böyük bir qismini əhatə edir.

Qeyri-düzgün qidalanma, normadan artıq yemək və azhərəkətli həyat tərzi piylənməni yaradan səbəblərdəndir. Bəzən isə piylənmənin səbəbi kimi müxtəlif endokrin problemlər və dərman preparatlarının qəbulu qeyd olunur.

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Cinsi endokrin xəstəliklər

Endokrinoloji səbəblərə bağlı sonsuzluq halları hansılardır?

Endokrinoloji səbəblərlə əlaqəli sonsuzluq halları Sonsuzluq deyəndə bir il boyunca müntəzəm və qorumasız cinsi əlaqəyə baxmayaraq hamiləliyin baş verməməsi…

Oxu
Cinsi endokrin xəstəliklər

Polikistik yumurtalıq sindromunun (PCOS) dərmanla müalicəsi

Polikistik yumurtalıq sindromunun (PCOS) dərmanla müalicəsi Polikistik Yumurtalıq Sindromu (PCOS) qadınlarda reproduktiv və metabolik sağlamlığa mənfi təsir…

Oxu
Cinsi endokrin xəstəliklər

Polikistik yumurtalıq sindromunun (PCOS) müalicəsində ən vacib məqamlar hansılardır?

Polikistik yumurtalıq sindromunun (PCOS) müalicəsində ən vacib məqamlar Polikistik Yumurtalıq Sindromu (PCOS) reproduktiv və metabolik sağlamlığa təsir edən…

Oxu