Piylənmənin dəqiq təsviri

Ümumdünya Səhiyyə Təşkilatı artıq çəki və piylənməni bədən kütlə indeksinə [BÇİ = Çəki (kg) / Boy (m2)] əsaslanaraq diaqnoz qoymağı tövsiyə etmişdir. Buna görə;

  • Artıq kilo: BÇİ = 25.0-29.9 kg/m2 və
  • Piylənmə xəstəliyi ( Obezite): BÇİ ≥30 kg/m2 olaraq qəbul edilir.

ÜST-nin məlumatına görə dünyada piyənmə 1980-ci illə müqayisədə hazırda iki dəfə artmışdır. Statistika 2008-ci ildə 1.4 milyard insanın artıq kilolu, 200 milyon kişi və 300 milyon qadının isə piylənmə xəstəsi olduğunu ortaya çıxartmışdır. Bu rəqəmlər prevalans olaraq ifadə edildiyində; 2008-ci il hesablamalarına görə dünyada artıq çəki yayılması 35% və piyləmə prevalansı isə 11% civarındadır.

İnkişaf etmiş ölkələrdə hazırda 25% əhali piyləmə xəstəsi, 25%-i artıq çəkili, 25%-i isə normal kilolu ancaq genetik olaraq piylənməyə meyilli olaraq qəbul edilməkdədir.

Tibbi olaraq adətən ilkin (birincili, essensial) və ikincili (sekundar) piylənmə qeyd olunur. İlkin piylənmə qeyri-düzgün qidalanma və azhərəkətli həyat tərzi nəticəsində meydana çıxır. İkincili piylənmə isə sinir sisteminin və daxili sekresiya vəzilərinin müxtəlif problemləri nəticəsində meydana çıxır. İkincili piylənmələrdən isə ən çox rast gəlinən hipotalamik və endokrin növ piylənmələrdir. Birincili piylənmə demək olar ki, bütün piylənmələrin 75%-ni təşkil edir. Bununla bərabər, birincili piylənmə də yerli və ümumi piylənməyə bölünür. Yerli piylənmə zamanı piy qatı lipoma şəklində müxtəlif yerlərdə dərialtında yerləşir. Narahatlıq doğuran məqam piy toxumasının qarın, sarğı, bud nahiyələrində toplanması (abdominal-android, ginoid, qarışıq tiplərə bölürük), daxili orqanların içdən, tibbi dildə visseral yağlanması metabolik sindrom riskini artıraraq zamanla xəstəni digər problemlərə aparır.

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Cinsi endokrin xəstəliklər

Endokrinoloji səbəblərə bağlı sonsuzluq halları hansılardır?

Endokrinoloji səbəblərlə əlaqəli sonsuzluq halları Sonsuzluq deyəndə bir il boyunca müntəzəm və qorumasız cinsi əlaqəyə baxmayaraq hamiləliyin baş verməməsi…

Oxu
Cinsi endokrin xəstəliklər

Polikistik yumurtalıq sindromunun (PCOS) dərmanla müalicəsi

Polikistik yumurtalıq sindromunun (PCOS) dərmanla müalicəsi Polikistik Yumurtalıq Sindromu (PCOS) qadınlarda reproduktiv və metabolik sağlamlığa mənfi təsir…

Oxu
Cinsi endokrin xəstəliklər

Polikistik yumurtalıq sindromunun (PCOS) müalicəsində ən vacib məqamlar hansılardır?

Polikistik yumurtalıq sindromunun (PCOS) müalicəsində ən vacib məqamlar Polikistik Yumurtalıq Sindromu (PCOS) reproduktiv və metabolik sağlamlığa təsir edən…

Oxu